Sosial şəbəkədə biz:

Mənzilin satışından vergi necə tutulur?

19 July 2016, 21:33
Gündəm
Vergi Məcəlləsinin 218-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər 1 yanvar 2016-cı ildən etibarən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb olunur. Qaynarinfo.Az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsindən vergi tutulmur: - fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, - daşınmaz əmlakın hədiyyə, maddi yardım və miras formasında ailə üzvləri tərəfindən verilməsi, - daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması, - əmlakın ər və arvad arasında verilməsi, keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi. Verginin hesablanma qaydası ilə bağlı aşağıdakı linkdən tanış olmaq olar: http://www.taxes.gov.az/uploads/2015/mecelle/emlak.pdf