Sosial şəbəkədə biz:

Obama Güləni təhvil verəcəkmi? - Ərdoğanla telefon danışığı

20 July 2016, 10:10
Gündəm
ABŞ prezidenti Barak Obama Türkiyənin dövlət başçısı Rəcəb Tayyip Ərdoğanla telefonla danışıb.
 Azinforum.az Russian.rt-yə istinadən xəbər verir ki, iki ölkə lideri “Xidmət” hərəkatının rəhbəri Fətulah Gülənin ekstradisiyası ilə bağlı müzakirə aparıblar.
Ağ Evin mətbuat katibi Coş Ernest məsələ ilə bağlı qısa açıqlama verib:
“Türkiyə hökuməti ABŞ tərəfinə Gülən cənablarının statusu haqda məlumatları elektron formada göndərib. Ədliyyə Nazirliyi və Dövlət Departamenti hazırda sözügedən sənədləri araşdırır”.