Sosial şəbəkədə biz:

Başbuğ Gülənin ən böyük silahını açıqladı

06 August 2016, 22:21
Gündəm
Türkiyə Baş Qərargahının keçmiş rəhbəri İlkər Başbuğ Fətullah Gülənin ən böyük silahının kəşfiyyat olduğunu bildirib. Başbuğ 15 iyul qiyamı ilə bağlı mətbuata açıqlamasında maraqlı məqamlara toxunub. “Bu gün dünya insanların şəxsi məlumatları əsasında idarə edilir. İdarə etmək istədiyiniz insanların gizli məlumatları sizin ən böyük silahınızdır. Dünya üzərində bu dayanır. Bəs Gülən camaatının əsas silahının nə olduğunu bilirsiniz? Şəxsi məlumatlar. Bu çox böyük şəbəkələnmənin əsasında həyata keçirilir. Gülən bundan əsas silah kimi istifadə edir. Düşüncə və duyğunu sintez edə bilirsinizsə, toplum arxanızdan gələcək. Hətta insanları ölümə belə apara bilərsiniz”, - Başbuğ bildirib.(axar.az)