Sosial şəbəkədə biz:

“Azəriqaz” İstehsalat Birliyində kimlərin əmək haqqları qaldırıldı? - SİYAHI

07 August 2016, 15:53
Gündəm
"Azəriqaz” İstehsalat Birliyində vəzifəli şəxslərin əmək haqqları qaldırılıb. Azinforum.az xəbər verir ki, SOCAR-in struktur bölməsi olan "Azəriqaz” İstehslat Birliyində növbəti dəfə əmək haqqıları qaldırılıb. Qaldırılma faizləri əsasən, 40-50, bəzi vəzifələrdə 60 faizə qədər yüksəlib. Qeyd edək ki, əmək haqqı artımı "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyi və bütün şöbə rəisləri, Regional Qaz İstismari idarələrinin rəisləri, rəis müavinləri, baş mühəndisləri, o cümlədən şöbə rəisləri, yerli rayon qaz istismari idarələrində isə təkcə təbii qazın qəbulu və satışi şöbəsinin rəislərinə şamil olub.