Sosial şəbəkədə biz:

ANS-in yerinə yayımlanan telekanaldan biabırçı tərcümə: "İndi o sənin dalını dağıdacaq!" - VİDEO 

11 August 2016, 11:50
Gündəm
 ANS TV-nin yerinə gecə saatlarında yayınlanan "Günəş TV"də hər kəsi təəcübləndirən tərcümə efirə verilib. Azinforum.az xəbər verir ki, bu barədə ilkin məlumatı tanınmış media eksperti Ələskər Məmmədli öz Feysbuq səhifəsində paylaşıb: "Öncəliklə oxucularımdan üzr istəyərək bunu yazıram. KATV-də ANS TV-nin yerinə qoyulan Günəş TV- də uşaqlar üçün "Mən Yaramazam" cizgi filmi gedir. Obrazlardan birinin digərinə müraciətini Azərbaycan dilinə belə səsləndirirlər "İndi o sənin dalını dağıdacaq!". MİLLİ(!) Teleradio Şurası ANS-i bağlayıb yerini bu quruma verdi ki, milli və mənəvi dəyərlərə qatqısı olsun. Bu ifadə ilə milli və mənəvi dəyərləri təbliğ edirlər?" Azinforum.az həmin görüntüləri təqdim edir: