Sosial şəbəkədə biz:

Türkiyə universitetlərində çalışan 5 342 nəfər vəzifəsindən azad edilib

12 August 2016, 15:31
Gündəm
Türkiyədə dövlət və vəqf universitetlərində çalışan 5 342 nəfər tutduğu vəzifədən azad ediliblər. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Ali Təhsil Şurası (YÖK) məlumat yayıb. Xəbərdə bildirilib ki, onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilindikləri üçün işdən çıxarılıblar.