Sosial şəbəkədə biz:

Penitensiar Xidmətdən əməliyyat: Avtomat tapıldı

15 August 2016, 13:23
Gündəm
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Avopa.info-ya verilən məlumata görə, avqustun 14-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsinin və 3 saylı istintaq təcridxanasının əməliyyat aparatlarının Bakı Şəhəri, Suraxanı rayon Polis idarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Suraxanı rayonunun Zığ qəsəbəsindəki qəbristanlığın ərazisində xüsusi üsul ilə gizlədilmiş 1 ədəd “AKS” tipli, 5,45 kalibrli avtomat silah aşkar edilərək götürülüb. Fakt üzrə Bakı şəhəri Suraxanı rayon Polis idarəsində araşdırma aparılır.