Sosial şəbəkədə biz:

Ölən futbolçunun nəşi vətəninə göndəriləcək - VİDEO

16 August 2016, 22:49
Gündəm
Ötən gün məşq zamanı dünyasını dəyişən Zaqatala Futbol Klubunun Nigeriyalı legioneri, Maykl Umanyikin nəşinin öz vətəninə Nigeriyaya göndərilməsi üçün rəsmi qaydada XİN-ə müraciət olunub.
Lazımi prosedur qaydaları yerinə yetirildikdən sonra mərhumun cənazəsi yola salınacaq.
Xatırladaq ki, Mayk Umanyik ötən mövsümdən Zaqatala Futbol Klubunda çıxış edir.
İlkin ehtimallara görə, futbolçunun ölümünə səbəb ürəyində trombun qırılması olub.
Faktla bağlı araşdırma aparılır. (Region TV)