Sosial şəbəkədə biz:

Azərbaycanda oynamış hücumçu Ermənistan klubuna keçdi

17 August 2016, 14:45
Gündəm
Mövsüm başa çatdıqdan sonra Bakının "İnter" klubundan ayrılan Yuri Fomenkonun yeni klubunun adına aydınlıq gəlib.Qafqazinfo” xəbər verir ki, ukraynalı hücumçu karyerasını Ermənistan çempionatında davam etdirəcək. 29 yaşlı forvard bu ölkənin "Alaşkert" klubu ilə razılığa gəlib. Tərəflər arasında 1 illik müqavilə imzalanıb. Qeyd edək ki, Fomenko ölkəmizdə "İnter"dən başqa "Kəpəz" və AZAL klublarında daçıxış edib.