Sosial şəbəkədə biz:

Bakının “qara bazar”ında - 195 minlik dələduzluq

19 August 2016, 21:22
Gündəm
Bakıda “qara bazar”da ABŞ dolları almaq istəyən şəxs dələduzluqla üzləşib. Report-un məlumatına görə, 34 yaşlı paytaxt sakini Sabit Altay hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, bu ilin may ayında Lalə adlı şəxs ondan 194 600 manat pulu ABŞ dollarına dəyişmək adı ilə alıb, lakin indiyədək qaytarmayıb. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.