Sosial şəbəkədə biz:

Türkiyədə daha bir general həbs edildi

20 August 2016, 13:59
Gündəm
Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin ədliyyə məsələləri üzrə müşaviri general-mayor Dinçer Ural həbs edilib. "Hurriyet" xəbər verir ki, o, Fətullahçı terror təşkilatına (FETÖ) üzv olmaqda şübhəli bilinir. İyulun 15-də FETÖ-nün dövlət çevirlişinə cəhdindən sonra Dinçer Ural Baş Qərargah rəisinin ədliyyə məsələləri üzrə müşaviri polkovnik Muharrem Köşenin yerinə təyin olunmuşdu. D.Urala general-mayor rütbəsi verildikdən sonra iyulun 28-dən vəzifəsinin icrasına başlayıb. Muharrem Köşe isə iyulun 15-dən sonra FETÖ ilə əlaqədə şübhəli bilinərək tutulub.