Sosial şəbəkədə biz:

Mərkəzi Bankdan devalvasiya xəbərləri ilə bağlı - Açıqlama

22 August 2016, 20:26
Gündəm
“Hazırda Dövlət Neft Fondu Mərkəzi Bankın təşkil etdiyi hərraclarda valyuta satışları həyata keçirir və bu satışlar davam etdiriləcək”. Azinforum.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Mərkəzi Bankından belə bildirilib. “Devalvasiya ilə bağlı şayiələr əsassızdır. Belə ki, manatın məzənnəsi mövcud məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklifdən asılı olaraq formalaşır”, - deyə məlumatda vurğulanıb. Mərkəzi Bankdan bildirilib ki, valyuta satışı hərraclarının keçirilmədiyi günlərdə banklararası valyuta bazarı fəaliyyət göstərir və banklar valyuta tələblərini bu bazar vasitəsilə ödəyə bilərlər.