İtinə prezidentin adını qoyan şəxs həbs olundu
Nigeriyada itinə prezident Məhəmməd Buxarinin adını qoyan şəxs həbs olunub.
Co Fortamos adlı şəxs prezidentin adını itin üzərinə yazıb küçələrdə gəzdirirmiş.
O polisə verdiyi ifadədə itini çox sevdiyini buna görə də, prezidentin adını qoyduğunu deyib.
Yerli mediaya açıqlama verən Co Fortamos ölüm təhdidləri aldığını bildirib.(
Publika.az )