Sosial şəbəkədə biz:

Türkiyədə polis məntəqəsinə hücum olub: 9 ölü, 64 yaralı

26 August 2016, 10:21
Gündəm
Türkiyənin Şırnak əyalətinin Cizre rayonunda terrorçu PKK qruplaşmasının silahlıları polis məntəqəsinə bomba yüklü avtomobillə hücum ediblər. 
"Report" "Haberturk"ə istinadən xəbər verir ki, hadisə Cizre-Şırnak avtomobil yolunun üstündə, Cizre Təhlükəsizlik İdarəsi Çevik Polis Dəstəsinin yerləşdiyi ərazinin 50 metrliyində baş verib.
Terrorçular nəzarət məntəqəsində idarə edilən partlayıcı qurğu yüklü avtomobili partladıblar.
Məlumata görə, partlayış nəticəsində çoxlu sayda insan yaralanıb. Yaralılar Cizre dövlət xəstəxanasına yerləşdirilib.
Çevik Polis Dəstəsinin binasına ciddi ziyan dəyib.
Son məlumata görə, 9 nəfər polis şəhid olub, 64 nəfər yaralanıb. Ölü sayının artacağı istisna edilmir.