Sosial şəbəkədə biz:

Dollar daha da bahalaşdı...

26 August 2016, 10:45
Gündəm
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 25-i ilə müqayisədə 0,22% bahalaşaraq 1,6280 manata yüksəlib. Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,36% möhkəmlənərək 1,8374 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublu ötən günlə müqayisədə 0,8% artaraq 0,0251 manat səviyyəsinə yüksəlib. Türkiyə lirəsinin məzənnəsi 0,56% möhkəmlənərək 0,5544 manat olub. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1501 manatdır. Beləliklə, funt sterlinq 0,07%-lik bahalaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,66% artaraq 0,7125 manat təşkil edib.