Sosial şəbəkədə biz:

Fransada iki müsəlman qadını restorandan qovublar

29 August 2016, 14:11
Gündəm
Parisin Tramble-an-Frans qəsəbəsində yerləşən “Le Cenacle” restoranının sahibi iki müsəlman qadına xidmət etməkdən boyun qaçırıb. Virtualaz.org xəbər verir ki, sosial şəbəkələrdə baş vermiş hadisənin videogörüntüləri yayımlanıb və bu Fransanın müsəlman əhalisinin hiddətinə səbəb olub. Restoranın sahibi irqçilikdə günahlandırılıb. Müsəlman icmasının nümayəndələri restoranın qarşısında etiraz aksiyası keçirdikdən sonra sahibkar üzr istəməli olub.