Sosial şəbəkədə biz:

“Siqareti az çəksinlər” - Deputatdan qiymət artımına reaksiya

29 August 2016, 14:31
Gündəm
Xəbər verdiyimiz kimi, Azərbaycanda bir sıra siqaretlərin qiyməti 20-40 qəpik civarında artıb. Satış məntəqələrində əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 20 qəpik bahalaşıb. Siqaretlərin qiymətlərində artım olması isə narazılıqla qarşılanıb. Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, siqaretlərin qiymətinin artması dolların kursu ilə əlaqədardır: “Qiymətlər tənzimlənməyib. Siqaret tam olaraq Azərbaycana xarici ölkələrdən idxal olunur. Ola bilər ki, onun qiymətində müəyyən dəyişikliklər olsun. Adi bir şeydir. Bundan əlavə, siqaretdir də, qiyməti artıb-artıb, çörək deyil ki…” Deputat hesab edir ki, siqaretin qiymətinin artması cəmiyyətdə böyük narazılıq yarada bilməz: “İnsanlar daha az siqaret çəksələr, daha yaxşı olar”.