Sosial şəbəkədə biz:

Naxçıvanda referendumqabağı təşviqatın aparılması üçün ayrılan açıq və qapalı yerlər açıqlanıb

29 August 2016, 22:18
Gündəm
Naxçıvan Muxtar Respublikasında sentyabrın 26-da Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə əlaqədar keçiriləcək referendumla bağlı referendumqabağı təşviqatın aparılması üçün müvafiq yerli icra hakimiyyəti orqanlarının sərəncamlarına əsasən açıq və qapalı yerlər kimi müəyyən olunub. APA-nın məlumatına görə, həmin yerlər aşağıdakılardır: Naxçıvan şəhərində Açıq yer – Naxçıvan Şəhər Stadionu Qapalı yer – “Gənclik” Mərkəzi Şərur rayonunda Açıq yer – Şərur Olimpiya Stadionu Qapalı yer – “Bahar” kinoteatrı Babək rayonunda Açıq yer – Babək qəsəbəsinin mərkəzi meydanı Qapalı yer – Babək qəsəbə 1 nömrəli tam orta məktəbin akt zalı Ordubad rayonunda Açıq yer – Ordubad Şəhər Tədbirlər Meydanı Qapalı yer – Ordubad Rayon Mədəniyyət Evi Culfa rayonunda Açıq yer – Culfa Şəhər Stadionu Qapalı yer – Culfa Rayon Mədəniyyət Evi Kəngərli rayonunda Açıq yer – Qıvraq Qəsəbə Stadionu Qapalı yer – Kəngərli Rayon Mədəniyyət Evi Şahbuz rayonunda Açıq yer – Şahbuz Şəhər Stadionu Qapalı yer – “Araz” kinoteatrı Sədərək rayonunda Açıq yer – Sədərək Rayon Stadionu Qapalı yer – Sədərək kənd mədəniyyət evi Qeyd edək km, sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar olaraq Seçki Məcəlləsinə əsasən referendumqabağı təşviqatın aparılması 3 sentyabr 2016-cı il tarixdə başlanır və 2016-cı il sentyabrın 25-i saat 8:00-da dayandırılır.