Sosial şəbəkədə biz:

İslam Kərimovun varisi ev dustağı edildi

30 August 2016, 19:21
Gündəm
Özbəkistan baş nazirinin müavini Rustam Azimov ev dustağı edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu, prezident İslam Kərimovun ölməsi ilə bağlı KİV-də xəbər yayılandan sonra olub. Dünən “Ferqana.ru” agentliyi insult keçirən dövlət başçısının ölməsi haqda xəbər yayıb. Digər KİV-lər bu məlumatı təsdiqləməyiblər. Daşkənddən də rəsmi bəyanat yoxdur. Baş nazirinin müavini Rustam Azimov İslam Kərimovun mümkün varislərindən biri adlandırılıb. Ehtimallara görə, İslam Kərimovun ölməsi ilə bağlı KİV-də xəbərin yayılması Rustam Azimovun adamları tərəfindən təşkil olunub.