Sosial şəbəkədə biz:

Gürcüstanın baş naziri Azərbaycana səfərə gəlib

31 August 2016, 11:59
Gündəm
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycan Respublikasına səfərə gəlib. Gürcüstanın baş nazirini Heydər Əliyev Beynəlxalq Hava limanında Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar. *   *   *10:28 Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfərə yola düşüb. Gürcüstan KİV xəbər verir ki, onun Azərbaycan Prezidenti İlham Əliyev və baş nazir Artur Rasi-zadə ilə görüşləri planlaşdırılır. Rəsmi görüşlərdə bir sıra ikitərəfli məsələlər müzakirə olunacaq. Baş naziri səfər zamanı energetika naziri Kaxa Kaladze və xarici işlər nazirinin müavini Qiqi Giqiadze müşayiət edəcək.