Sosial şəbəkədə biz:

Parlament jurnalistlərinin diqqətinə!

01 September 2016, 11:05
Gündəm
Bu gündən etibarən parlamentə KİV-in akkreditasiyası başlayır. Hər sessiyada olduğu kimi, bu dəfə də Milli Məclisin iclaslarını yaxından izləmək üçün KİV əməkdaşları parlamentdə akkreditasiyadan keçməlidirlər. AzVision.az xəbər verir ki, sentybarın 1-dən başlayaraq 15-dək jurnalistlərin qeydiyyatı ilə bağlı müraciət məktubları qəbul olunacaq. Bundan sonra məktublara baxılacaq. Qeyd edək ki, avqustun 30-da Milli Məclisin deputatlarının tətil müddəti başa çatıb. Payız sessiyasında komitə iclaslarının sentyabrın 12-dən keçirilməsinə başlanacaq. Milli Məclisin payız sessiyasının sentyabrın 30-da başlayacağı gözlənilir.