Sosial şəbəkədə biz:

Qəbələdə sel təhlükəsi - 53 nəfər təxliyə edilib

01 September 2016, 22:42
Gündəm
Qəbələ rayonu, Laza kəndinə yağan güclü yağış nəticəsində Dəmiraparan çayında sel əmələ gəlib. Azinforum.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal FHN-nin Şimal-qərb regional mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq ərazidə köməksiz vəziyyətdə qalmış 53 nəfəri təxliyə ediblər. Əməliyyat saat 20:18-də başa çatıb.