Sosial şəbəkədə biz:

Türkiyə Suriyaya deyil, ABŞ-a girdi - Perinçek

02 September 2016, 10:46
Gündəm
Türkiyə Suriyaya deyil, ABŞ-a girdi. Axar.az xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek “Fərat qalxanı” əməliyyatı ilə bağlı açıqlama verərkən deyib. “Türk tankına ABŞ raketi atıldı. O raketin tətiyini çəkəcək qabiliyyət PYD-də yoxdur. Varsa belə, onu amerikalılar öyrədir. Qarşımızda ABŞ var. Vaşinqton terrorçuları bizə qarşı istifadə edir. Türkiyə ABŞ kimi Vyetnama girmədi. Vyetnam hazırki Suriyadır. Türkiyə ABŞ-a qarşı Vyetnama yardım edir”, - Perinçek bildirib. Partiya sədri onu da əlavə edib ki, ABŞ-ın strategiyası Türkiyənin milli hədəfi ilə uyğun gəlmir.