Sosial şəbəkədə biz:

İslam Kərimov vəfat etdi – "Röyter" agentliyi

02 September 2016, 12:58
Gündəm
Özbəkistan prezidenti İslam Kərimov vəfat edib. Bu barədə "Röyter" agentliyi məlumat yayıb. Xatırladaq ki, İslam Kərimov 1938-ci il yanvarın 30-da Özbəkistanın Səmərqənd şəhərində anadan olub. O, keçmiş SSRİ-də Özbəkistan Kommunista Partiyasının I katibi (1989-1991) olub. 1990-cı ildən isə ölkənin prezidenti idi. O, sovetlər dövrü ilə birlikdə Özbəkistana 28 il rəhbərlik edib.