Sosial şəbəkədə biz:

Xınalıqda köməksiz vəziyyətdə qalan rus turistin xilas edilməsi üçün helikopter cəlb olunub

03 September 2016, 13:59
Gündəm
Quba rayonunun Xınalıq kəndinə gələn turist dağlıq ərazidə köməksiz qalıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, şimal bölgəsinə yağan güclü yağış nəticəsində kəndə gələn yolu sel apardığından Rusiya vətəndaşı, 1978-ci il təvəllüdlü Kliçko Svetlana Yevgenyevnanın qayıtması mümkünsüz olub.
Onun ərazidən götürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin helikopteri cəlb olunub.
Hazırda xilasetmə əməliyyatı davam etdirilir.