Sosial şəbəkədə biz:

Azərbaycanda sulu qar yağacaq - XƏBƏRDARLIQ

05 September 2016, 13:44
Gündəm
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. Nazirlikdən “Report”a verilən məlumata görə, sentyabrın 6-7-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.