Sosial şəbəkədə biz:

Rektor baş həkimi vəzifədən uzaqlaşdırdı – Tibb Universitetində daha bir dəyişiklik

05 September 2016, 16:24
Gündəm
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında daha bir kadr dəyişikliyi baş verib. Klinikanın baş həkimi Ramin Bayramlı vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə həkim-nefroloq Elnur Fərəcov təyinat alıb. Xatırladaq ki, E.Fərəcov bu təyinatadək Mərkəzi Neftçilər Xəstəxanasında Daxili Xəstəliklər, Cərrahiyə və Transplantasiya şöbəsində çalışıb. Qeyd edək ki, bu, Gəray Gəraybəyli ATU-ya rektor təyin olunandan sonra baş verən kadr dəyişikliklərinin davamı hesab olunur. Modern.az