Sosial şəbəkədə biz:

FETÖ-nün əsas adamlarından biri saxlanıldı

06 September 2016, 10:30
Gündəm
Türkiyədə çevriliş cəhdindən sonra başlayan istintaq çərçivəsində FETÖ-nün əsas idarəçilərindən biri saxlanılıb.Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, təşkilatın əsas idarəçilərindən olan Bilal Ünsal gizləndiyi evdə ələ keçirilib. Nevşəhər Prokurorluğunun həbs qərarı çıxardığı B.Ünsal ədliyyəyə sövq edilib. İddiaya görə, Fətullah Gülənin əsas adamlarından biri hesab edilən B.Ünsal İç Anadolu Bölgəsində imamlıq edib, eyni zamanda, 24 vilayətdə təşkilatın əsas idarəçisi olub.