Sosial şəbəkədə biz:

Daha 3 xarici şirkət Azərbaycanı tərk edir - SİYAHI

07 September 2016, 10:50
Gündəm
Azərbaycanda fəaliyyət göstərən daha 3 xarici şirkətin nümayəndəliyi ləğv olunduğunu elan edib. Vergilər Nazirliyindən Azinforum.az-a verilən məlumata görə, həmin şirkətlərin kreditorları öz tələblərini müvafiq ünvanlara bildirə bilərlər. Bağlayan şirkətlər bunlardır: "China Geo-Engineering Corporation İnternational" MMC "Cedberi CIS B.V." "Elit" MMC Türk şirkəti olan "Elit" MMC –nin kreditorları tələblərini Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, mənzil 3 ünvanına bildirə bilərlər. "China Geo-Engineering Corporation İnternational" MMC-nin kreditorları isə tələblərini Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti,15, məhəllə 1212 ünvanına bildirə bilərlər. Böyük Britaniyaya məxsus "Cedberi CIS B.V." şirkəti isə kreditorlarına 2 ay ərzində vaxt verib. Onlar tələblərini Bakı şəhəri, Neftçilər prospekti 153, "Port Baku Towers" Biznes Mərkəzi (Cənub Qülləsi), 9-cu mərtəbə ünvanına bildirə bilərlər.