Sosial şəbəkədə biz:

Bakıda laqunda ilə işləyən fəhlə faciəvi şəkildə həlak olub

08 September 2016, 17:58
Gündəm
Bakıda usta kimi çalışan şəxs faciəvi şəkildə ölüb. Hadisə paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində qeydə alınıb. Orada yerləşən evdə usta işləyən 1986-ci il təvəllüdlü Ehtiram Quliyev laqunda ilə işləyərkən sağ ayağının bud hissəsini kəsib. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. (“Report”)