Sosial şəbəkədə biz:

Azərbaycanda dollarlaşma səviyyəsi artıb

10 September 2016, 10:59
Gündəm
Azərbaycanda əhalinin əmanətlərinin strukturuna görə dollarlaşma dərəcəsi 2016-cı il avqust ayının 1-nə 80,8% təşkil edib. Keçən ay bu göstərici 80,59% olub. İlin əvvəlində əmanətlərdə dollarlaşma 85%, keçən ilin analoji dövründə isə 71,4% təşkil edib. Report xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib. Cəmi depozit bazasında avqustun 1-nə dollarlaşma dərəcəsi 80,01% olub. Keçən ay bu göstərici 80,8%, ilin əvvəli 81,6% təşkil edib. Keçən ilin analoji dövründə isə 73,3% olub. Kreditlərin strukturunda avqust ayının 1-nə dollarlaşma dərəcəsi 48,2% təşkil edib. İyulun 1-nə bu göstərici 48,08%, ilin əvvəlində 49,4%, 2015-ci ilin analoji dövründə isə 43,43% olub.