Sosial şəbəkədə biz:

Azərbaycanın ilk dəfə qatıldığı dünya çempionatı başlayır

10 September 2016, 11:22
Gündəm
Bu gün Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatına start veriləcək. “Qafqazinfo” xəbər verir ki, millimizin ilk dəfə qatıldığı mundialın açılış oyununda Kuba və Misir komandaları üz-üzə gələcəklər. F qrupunda yer alan Azərbaycan millisi isə ilk matçını sentyabrın 13-də Mərakeşə qarşı keçirəcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 03:00-da səslənəcək. İkinci oyun ayın 16-da İspaniyaya, qrupun son görüşü isə 3 gün sonra İrana qarşı olacaq.