Sosial şəbəkədə biz:

ABŞ-dan Natiq Cəfərlinin azadlığına - Reaksiya

10 September 2016, 20:16
Gündəm
ABŞ-ın dövlət katibi Con Kerri Respublikaçı alternativ hərəkatının icraçı katibi Natiq Cəfərlinin azadlığa buraxılmasını alqışlayıb. “ Azinforum.az ” ın Report-a istinadən məlumatına görə, bu barədə dövlət katibinin bəyanatında bildirilir. Dövlət katibi eyni zamanda sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı referendum ərəfəsində açıq və kütləvi dialoqu dəstəklədiyini də qeyd edib. Qeyd edək ki, Natiq Cəfərli avqust ayında həbs edilmişdi. O, bu günlərdə azadlığa buraxılıb.