Sosial şəbəkədə biz:

Qusarda binaların təmirinə 3 milyon manat ayrılıb - SƏRƏNCAM

10 September 2016, 20:25
Gündəm
Azərbaycan prezidenti İlham Əliyev Qusar şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, Qusar şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan Qusar Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.