Sosial şəbəkədə biz:

İŞİD-ə qarşı 3-cü cəbhə açıldı

10 September 2016, 23:15
Gündəm
Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu Cerablus və Çobanbəydən əlavə, İŞİD-ə qarşı Azez istiqamətindən də yeni cəbhə açıb. Axar.az xəbər verir ki, terrorçuların ikinci paytaxtı hesab edilən Əl-Baba hücumları intensivləşdirən müxaliflər Havak kəndində 4 İŞİD hədəfini məhv ediblər. Müxalif mənbələr Əl-Babın nəzarət altına keçməsi üçün Havak kəndinin strateji rol oynadığını vurğulayıblar. Qeyd edək ki, dünən İŞİD-çilərin hücumu nəticəsində 3 türk hərbçisi həlak olmuşdu.