Sosial şəbəkədə biz:

Azərbaycanda qanlı olay: küçənin ortasında öldürdülər – FOTO

11 September 2016, 14:28
Gündəm
Salyanda 23 yaşlı gənc qətlə yetirilib.   APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün saat 12.30 radələrində Salyan şəhərində  üzərində bıçaq yarası olan meyit aşkar edilib.   Meyitin Salyan rayon sakini, 1993-cü il təvəllüdlü Davudov Ağaverdi Sakit oğluna məxsus müəyyən edilib. A. Davudovun kim tərəfindən öldürüldüyü hələlik məlum deyil.   Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.     xxx   13:09   Bu gün saat 12:30 radələrində Salyan şəhərində qətl hadisəsi törədilib. Lent.az“Report”a istinadən xəbər verir ki, təqribən 30-35 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxs gizlənib. Zərərçəkənin şəxsiyyəti hələlik məlum deyil. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da, yolda keçinib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.