Sosial şəbəkədə biz:

Səbail Rayon İcra Hakimiyyəti məhkəmə qərarının icrasına imkan vermir

13 September 2016, 23:22
Gündəm
Sahibkar Fərhad Nağıyev əlində məhkəmə qərarı olmasına baxmayaraq Badamdar qəsəbəsində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən sökülən obyektini bərpa etməyə cəhd göstərsə də növbəti dəfə əngəllə üzləşib. 
Belə ki, o,  ötən ay məhkəmə qərarı ilə  obyektini bərpa etmək istəyəndə  Səbail Rayonu İcra Hakimiyyəti buna imkan verməmişdi.
Fərhad Nağıyev bu gün növbəti dəfə obyektini bərpa etməyə cəhd edib. Səbail Rayon İcra Hakimiyyəti isə yenə də onun işni yarımçıq saxlayıb.