Sosial şəbəkədə biz:

Prezidentlik üçün 70 yaş senzi ləğv edildi

14 September 2016, 10:15
Gündəm
Türkmənistanda prezident seçilmək üçün nəzərdə tutulan yaş senzi ləğv edilib. AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Türkmənistanda prezidentlik müddəti də 5 ildən 7 ilə qaldırılıb. Parlament yeni Konstitusiyanı sentyabrın 13-də yekdilliklə qəbul edib. Prezident Qurbanqulu Berdımuhəmmədov dərhal qanunu imzalayıb və sənəd qüvvəyə minib. 2008-ci ildə qəbul edilmiş köhnə Konstitusiyaya görə Türkmənistanda doğulmuş, bu ölkənin vətəndaşı olan, yaşı 40-dan 70-ə qədər şəxslər prezident seçilə bilərdi.