Sosial şəbəkədə biz:

461 sahibkar ölkədən çıxa bilməyəcək – Siyahı

14 September 2016, 17:10
Gündəm
Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin sentyabrın 9-na olan yenilənmiş siyahısını açıqlayıb. Nazirlikdən verilən məlumata görə, vergi borcu olan daha 31 nəfər müəssisə rəhbərinə ölkədən çıxmaq qadağan edilib və bununla da onların sayı 461-ə çatıb. Qeyd edək ki, nazirliyin “qara siyahı”sına isə 337 nəfər fiziki şəxs düşüb və sonuncu dəfə siyahı avqustun 31-də yenilənmişdi.