Sosial şəbəkədə biz:

AZAL-da bu telefonları işlətmək olmaz - Xəbərdarlıq

15 September 2016, 15:50
Gündəm
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tövsiyələrinə əsasən "Azərbaycan Hava Yolları" sərnişinlərdən uçuş zamanı Samsung Galaxy Note 7 smartfonlarını istifadə etməməyi və enerji şəbəkəsinə qoşmamağı xahiş edir.Qafqazinfo” xəbər verir ki, AZAL-ın yaydığı xəbərdarlıqda bildirilir ki, bu model smartfonun həmçinin qeydiyyatdan keçirilən baqajda daşınması da qadağandır. Məhdudiyyətlər Samsung Galaxy Note 7 smartfonlarının alışıb yanması halları ilə əlaqədar olaraq geri çağırılması barədə Samsung şirkətinin bu yaxınlarda verdiyi məlumatlar ilə bağlıdır. Samsung Galaxy Note 7 smartfonları ilə səyahət edən sərnişinlər təyyarənin göyərtəsində smartfonun zədələnməsi, qızması və ya itməsi halında hava gəmisinin heyətinə dərhal məlumat verməlidirlər.