Sosial şəbəkədə biz:

Siyavuş Novruzov Rusiyadan orden aldı

15 September 2016, 20:04
Gündəm
Azərbaycan Milli Məclisinin komitə sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Rusiya Federasiyasının "Ölkə müdafiəsinin möhkəmlənməsinə verdiyi böyük xidmətə görə" ordeni ilə təltif olunub. YAP-dan Trend-ə verilən məlumata görə, Bakıda keçirilən təltifetmə mərasimində Rusiya Federasiyasının Silahlı Qüvvələri Veteranları Ümumrusiya İctimai Təşkilatı Şurasının sədri, ordu generalı Viktor Yermakov, Azərbaycan Respublikası Veteranlar Şurasının sədri, general-mayor Dadaş Rzayev, Milli Məclisin üzvləri, Əfqanıstan və Qarabağ veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.