Sosial şəbəkədə biz:

Türk ordusunun Əl Baba hücumu başladı

16 September 2016, 21:08
Gündəm
Türkiyə ordusu Azad Suriya Ordusu (ASO) ilə birgə “Fərat qalxanı”nın 3-cü mərhələsi hesab edilən “Əl Bab əməliyyatı"na başlayıb. Axar.az xəbər verir ki, bölgənin İŞİD-dən azad edilməsi üçün 200 türk əsgəri və 2500 ASO döyüşçüsü əməliyyatlara qoşulub. Həmçinin ABŞ ordusunun 29 xüsusi təyinatlısı da anti-terror əməliyyatlarına dəstək vermək üçün Çobanbəyə gəlib. Qeyd edək ki, Əl Bab şəhəri ASO üçün böyük əhəmiyyət kəsb edir. Bu şəhər Hələbin 45 kilometrliyində yerləşir.