Sosial şəbəkədə biz:

Məşhur aparıcı: ''Ərim dedi ki, həyatıma girən ən çirkin qadınsan''

20 September 2016, 21:21
Gündəm
Məşhur “Kısmetse olur” verilişinin aparıcısı Seda Akgül ilk dəfə 4 ay davam edən evliliyindən danışıb. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Rəngli səhifələr” proqramına qonaq olan aparıcı şok açıqlamalar verib: “ Evliliyimizin birinci həftəsində həyat yoldaşım keçmiş sevgilisiylə görüşdü və yemək yedi. O xanım da evlidir. Bir həftəlik gəlin olaraq bu mənə pis təsir etdi. Həmin gün səhərə qədər salonda oturdum, heç bir söz demədim. Əslində, o gün hər şey bitməliydi. Kaş ki, daha düzgün ayrılsaydıq. Mənə "arıqla" deyə təzyiq edirdi. Arıqladıqdan sonra "Həyatıma girən ən çirkin qadınsan. Mənim 55 yaşlı sevgilim səndən 5 qat gözəldi” dedi. O gün evliliyimiz bitdi”. Qeyd edək ki, martın 8-i Avram Habib ilə evlənən aparıcı iyulun 24-ü boşanıb.