Sosial şəbəkədə biz:

Bakıdakı parkda oğlan qızı yumruqladı - VİDEO

20 September 2016, 23:34
Gündəm
Bakıda “Nərimanov parkı” kimi tanınan istirahət mərkəzində xoşagəlməz hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Dəyanət Babayev məlumat yayıb. İstifadəçi qeyd edib ki, insidentə səbəb həmin oğlanın öz yolu ilə gedən qıza söz atması olub: “Qız onun cavabını verəndə oğlan geri qayıdıb qıza 2 təpik, 1 yumruq vurdu. Oğlanın yanında dayanan dostları onları ayırdı. Mən 8 saniyəlik videoda yalnız qıza dəyən yumruğu çəkə bildim”.