Sosial şəbəkədə biz:

“Bank Standart”ın bağlanması “Qalatasaray”ın sabiq məşqçisini çətin vəziyyətə saldı

03 October 2016, 19:06
Gündəm
“Qalatasaray”, “Xəzər Lənkəran” və “Neftçi”də işləmiş italiyalı fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre Azərbaycanda problemlə üzləşib.Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təcrübəli mütəxəssisin ölkəmizdə qazandığı pulları etibar etdiyi “Bank Standart”ın bağlanması məşqçini çətin vəziyyətə salıb. 5 gün öncə Bakıya gələn və “Neftçi”də ötən mövsümdən qalan iki aylıq maaşını almaq istəyən Melkiorre “Bank Standart”dakı əmanətlərini də almaq fikrində imiş. Lakin lisenziyanın ləğv edilməsi onu çətin vəziyyətdə qoyub. Yenidən İtaliyaya dönən məşqçi bankdan xəbər gözləyir.