Gürcüstan seçir: Milyader yoxsa mühacir?
Gürcüstanda iki məşhur siyasi xadim arasında uzun illərdir davam edən münaqişə, şənbə günü ölkədə keçiriləcək parlament seçkilərinə xalqın marağını tükəndirib. Burada yoxsulluq, işsizlik və borclar hökm sürür.
Duelçilərdən biri olan Mixeil Saakaşvili əslində heç ölkədə də deyil. O, hazırda Ukraynada olan mühacir siyasətçidir və 2008-ci ildə Rusiyaya qarşı müharibəni uduzan prezident kimi yadda qalıb. Onun rəqibi, milyarder biznesmen Bidzina İvanişvili, rəsmən siyasətdə iştirak etmir. Gürcüstanda seçicilərə çoxlu partiyalar təklif olunur, onların hər biri daha yaxşı həyat vəd edir. Amma rəqabət cəmi iki əsas partiya arasında gedir: biri milyarderin partiyasıdır, biri isə mühacirin. "Biz möhtac qalmışıq, təqaüdümüz çox aşağıdır", Tbilisinin mərkəzində yoxsullara verilən pulsuz yemək üçün əri ilə növbədə duran Nana Kotetişvili deyir. "Bizim böyük şairimiz Vaja-Pşavelanı tanıyırsan? Mənim ərim onun bioqrafiyasının müəllifidir, ərim çox yaxşı tanınmış yazıçıdır, filologiya üzrə elmlər namizədidir - indi bizə bax bir".
Image Keçmiş Baş nazir Bidzina İvanişvilinin Rusiya ilə əlaqələri var.Avropa İttifaqı ilə daha yaxın əlaqələr
Bu yaxınlarda televiziyada çıxış edən cənab İvanişvili deyib ki, onun partiyası ölkədə real inkişaf əldə edib. "Biz 60 000 iş yeri yaratmışıq. Bizim ABŞ ilə güclü əlaqələrimiz var. Avropa bizim həyata keçirdiyimiz islahatlara görə çox məmnundur". İyul ayında Aİ-Gürcüstan Assosiasiya Razılaşması qüvvəyə minib. Bu razılaşma Gürcüstana sərbəst ticarət üçün şərait yaradır. Ölkə həmçinin Avropanın əksəriyyətini əhatə edən Şengen zonasına vizasız giriş əldə etməyə yaxınlaşıb. Amma cənab İvanişvili mənfi kampaniya da aparmaqdan da çəkinməyib. O, Saakaşvilinin xanımı daxil olmaqla parlament seçkilərinə qatılan opponentləri əleyhinə təbliğat filmini maliyyələşdirib. Əri Ukraynadan videobağlıntı ilə danışarkən Niderlandda doğulmuş Sandra Roelofs parlament seçkiləri üçün kampaniya aparır.
Mixeil Saakaşvilinin həyat yoldaşı Sandra Roelofs parlament seçkiləri üçün kampaniya aparırMəşhur opera müğənnisi
Cəmi iki partiya arasında rəqabətdən bezənlər üçün alternativlər çoxdur, məsələn dünyaca məşhur opera müğənnisi Paata Burçuladzenin maliyyələşdirdiyi yeni Xalq üçün Dövlət bloku. "Mən ulduz karyeramı tərk etdim, ona görə ki Gürcüstandakı vəziyyət kritikdir. Ömrümdə heç vaxt bu qədər yoxsul adam görməmişəm. Ölkəmiz sanki okeandakı lövbərsiz gəmidir - istiqamətimiz yoxdur", o deyib.