Sosial şəbəkədə biz:

Jurnalist Sərdar Əlibəyli prokurorluğa çağrılıb

Azinforum.az xəbər verir ki, bir neçə ay əvvəl həbsdən azad edilən jurnalist Sərdar Əlibəyli bu gün Bakı Şəhər Prokurorluğuna çağrılıb. Sərdar Əlibəyli əməkdaşımızla söhbətində faktı təsdiqləyib: " Bu gün məni Bakı Şəhər Prokurorluğuna dəvət eləmişdilər. Bəri başdan deyim ki, dostlar narahat olmasın, düşmənlərim isə sadəcə yoxdu. Tək-tək "yenə Serdarın başı dərdə girdi" deyib sevinənlər var idisə, onlar da rahatlasın. Prokurorluğa dəvət olunmağım, hələ ötən ilin dekabr ayında 14 saylı CÇM-da vəfat edən məhkum Elşad Babayevin ölümü ilə bağlı davam edən istintaqla bağlıydı. Bir sıra, əslində mənə dəxli olmayan, sualları cavablandırdım və necə deyəllər, sərbəst buraxıldım. Yeri gəlmişkən, prokurorluq əməkdaşlarının mənə qarşı  münasibəti və davranışlarını çox normal oldu. Bu səbəbdən onlara  təşəkkürümü bildirirəm". Azinforum.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol