Sosial şəbəkədə biz:

Ərdoğan PKK-nı bitirəcək 5 maddəlik planı açıqlayıb

16 October 2016, 14:51
Gündəm
"Terrora qarşı mübarizə strategiyamız bundan sonra fərqli olacaq". Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9-cu Avrasiya İslam Şurasının açılışında deyib. Ərdoğanın bu fikirlərini əsas götürən Türkiyə mətbuatı isə bundan sonra PKK-ya qarşı yeni mübarizə metodunun başladılacağına işarə edib. Terrorizmə qarşı 5 maddəlik strategiya belə qruplaşdırılıb: 1. Cəmiyyət içinə sızmış terrorçularla mübarizə; 2.Xalqın içində gizlənmiş, şəbəkəyə logistik və kəşfiyyat məlumatları ötürən kripto ünsürlərlə mübarizə; 3.Bələdiyyə və dövlət idarələrində çalışan gizli terrorçularla mübarizə; 4.Terrora iqtisadi dəstək verənlərin araşdırılması; 5.Terror qruplaşmalarına qarşı ölkə xaricində mübarizə.