Qəbələnin məşhur otelini su basdı
Son günlər Azərbaycanda yağan yağışlar bölgələrdə ziyansız ötüşməyib.
“Qafqazinfo” xəbər verir ki, Qəbələdə leysan yağışları nəticəsində “Qafqaz Resort Hotel”i sel basıb.
Otelin işçiləri və qonaqlar təxliyyə olunub.
İşçi heyətinə qeyri-müəyyən vaxta qədər işə gəlməmələri bildirilib.