Sosial şəbəkədə biz:

Nazirliyin İranda həbs olunan əməkdaşı 4 il sonra Azərbaycana verildi

25 October 2016, 22:29
Gündəm
2012-ci il oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasına gedərkən İran sərhədində saxlanılaraq həbs edilən “Aztelekom” MMC-nin keçmiş əməkdaşı Kamal Qədirov 12 mart 2016-cı il tarixində ölkəmizə ekstradisiya edilib. APA xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev qurumda keçirilən kollegiya iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, K.Qədirov məhkəmənin qərarı ilə bəraət alıb: “Bununla da, nazir Ramin Quluzadənin tapşırığına əsasən, Kamal Qədirov Bakı Telefon Rabitəsi İstehsalat Birliyində ixtisasına uyğun işlə təmin edilib”.